Rövşən Lənkəranskinin yeri bəlli oldu
çəkdikdən sonra Rusiyaya qayıdacağı təqdirdə klanlar arasında mübarizə
daha da gərginləşəcək. Belə bir iddia ilə Rusiya mətbuatı çıxış edib.
İstintaqın müəyyən iş aparmasına baxmayaraq,
Ded Xasanın qatilini müəyyən etmək mümkün olmayıb: “Təhqiqatçılar
Usoyanın Tverskidəki evində axtarış aparıblar. Çoxlu ekspertiza
keçirilib. Camal Mikaladze, Rövşən Lənkəranskinin yaxın adamı olan Ülfət
Tağıyev (Rufo Gəncinski) sorğu-sual edilib. Rufo Gəncinski ölümündən
əvvəl Ded Xasanı izləyənlər arasında olub”.
Mətbuatın yazdığına görə, Moskvadakı Biryulovo bazarındakı hadisələrədən
sonra Ded Xasanın ölümü ilə bağlı yeni versiya ortaya çıxıb: “Bu bazara
Rövşən Lənkəranski başda olmaqla Ded Xasana müxalif olan qüvvələr
tərəfindən nəzarət edilirdi. Hadisələrdən əvvəl burada xüsusi xidmət
əməkdaşlarının iştirakı ilə qəribə olaylar baş verirdi”.
Mətbuatın yazdığına görə, hazırda İnterpol xətti ilə axtarışa verilən R.Lənkəranski Türkiyədə gizlənmək məcburiyyətindədir. Başqa bir ölkəyə gedəcəyi təqdirdə onu həbs gözləyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3205