Naftalanın icra başçısı fəraridir?
Aslanovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Belə ki, onun
“Dövlət qulluğu haqqında” Qanunun tələblərinə zidd olaraq çalışdığı
iddia olunur.
Bu barədə cumhuriyyet.az-yə daxil olan məlumata görə, Natiq Aslanov
həqiqi hərbi xidmətdə olmasa da, icra strukturunda çalışır. Məlumatda
qeyd olunur ki, Natiq Aslanov həqiqi hərbi xidmətdən yayınsa da, dövlət
qulluqçusu statusu ala bilib. Dünən bu barədə yayılan söz-söhbətlərə
aydınlıq gətirmək üçün Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet
səhifəsinə daxil olduq. Məlum oldu ki, icra başçısı kimi Natiq
Aslanovun həqiqi hərbi xidmətdə olması barədə qeyd yoxdur. Natiq
Aslanovun icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən
tərcümeyi-halı isə belədir: Aslanov Natiq Musa oğlu 1976-cı il avqust
ayının 22-də Naftalan şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan
Kənd Təsərrüfatı Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə
fakultəsini bitirib. 2000-ci ildən 2004-cü ilə kimi “Kəpəz” firmasında
alqı-satqı üzrə menecer, 2004-2010-cu il tarixlərində “Tam İnşaat”
MMC-nin direktoru vəzifəsində çalışıb. 2010-cu il 25 yanvarında icra
başçısı təyin edilib
Short URL: http://www.cumhuriyyet.net/?p=3206