PKK Qafqaza köçür

06.01.2014 - 01:59
Erməni və kürd separatizmi bir araya gəlir

 
Kürd icması nümayəndələri, toplantının məqsədinin “turkiyəli
soydaşlarının tapdanmış haqlarının müdafiəsi, Kürd Fəhlə Partiyasının
həmişə soyqrıma məruz qalmış ermənilərin haqqını müdafiə edəcəklərini
bildiriblər. Sitat: “Belə toplantılarla Türkiyə hökumətinə təzyiq göstərə
bilmərik. Lakin istəyirik ki, erməni millətinin kürd xalqının yaşayışını
təmin etdiyinin heç olmasa 10 faizi qədərini Türkiyə təmin etsin”. Ermənistan kürd icmasının rəhbəri Knyaz Həsənov keçən 25 il ərzində tərəflərin böyük itkilər verdiyini bildirib. Onun sözlərinə görə, “kürdlərin yenilməz iradəsi Türkiyə hökumətini
kürdlərlə danışıqlar aparmağa və son dövrdə kürd məsələsinin sülh yolu
ilə həllindən söz açmağa məcbur edib”.

İcma başçısı qeyd edib ki, “- kürdlər öz mətinliyini nümayiş etdirirlər.
İstəyirlər ki, Türkiyədə onların azadlıqları müdafiə olunsun, Türkiyə
bizi bir millət kimi tanımaqla, dilimizi, mədəniyyətimizi sərbəst
şəkildə ortaya qoymağımıza mane olmasın. Ermənilərin soyqırımını
tanısınlar. Qoy türklər ermənilərə və bizə qarşı etdiklərini etiraf
etsinlər. Onların bizi, bizim onları görməyə gözümüz yoxdur”. İcma nümayəndələri onu da bildiriblər ki, dünya kürd məsələsinə göz yuma
bilməz və Türkiyə hakimiyyəti kürdlərin lideri Abdulla öcalanı həbsdən
buraxmalıdır. Eyni ilə qeyd olunub ki, artıq 20 ildən artıqdır ki,
Ermənistanın Qarabağ ərazisi işğaldan azad olsa da orada məskunlaşma
zəif gedir. Biz Türkiyədə və digər ölkələrdə çətinliklərlə üzləşən
əhalimizi Qarabağda məskunlaşdırmalıyıq. Tarixi

Tədbirdə iştirak edən erməni nümayəndəsi qeyd edib ki, Ermənistanın
Amo rayonundakı Zovuni kəndindəki yezidi kürdlər köçərək artıq,
Kəlbəcərdə məskunlaşıblar. Onlar Kəlbəcərin mal-qara üçün əlverişli olan
Geştək, Dal qılıclı, Zar, Zivel kəndlərində məskunlaşıblar. Həmin
kəndlərin adını dəyişərək “Nov Amo”, yəni “Yeni Amo” kəndi
adlandırıblar. Kürdlərin başçılarından olan Draşar Tatursi bildirib ki, “nəin ki,
Ermənistanda olan kürdlər, dünyanın harasında olmasından aslı olmayaraq
Qarabağa gələn kürdlərin məskunlaşmaları üçün həm biz, həm də Ermənistan
hökuməti öz köməyini əsirgəməyəcəkdi. Onların kənd təssərrüfatı və
heyvandarlıqla məşğul olmaları üçün bütün şəraitlər yaradılır. O qeyd
edib ki, 3,2 milyon əhalisi olan Ermənistanda 40 min yezidi kürd yaşayır
ki, bu rəqəm hətta kürdlərin vətəni olan İraqı da geridə qoyubdu.

İblisə sitayiş edərək özlərini “şərfədin” adlandıran yezidi kürdlərin
Dağlıq Qarabağa köçünə gəldikdə isə, onlar ilk əvvəl Şuşada məskunlaşmaq
istəyiblər.

Hətta 5 ailə “kəşfiyyat” məqsədilə Şuşaya da gedib. Zovunili kürdlər qərara gəliblər ki, Hadrut, Ağdərə, Laçın, Zəngilan rayonlarında da ardıcıl məskunlaşmaları həyata keçirsinlər. Lakin hələlikdə Xankəndidəki rejimin göstərişiylə bu məskunlaşmanı
Kəlbəcərin kəndlərində icra edirlər. Çünki, digər ərazilərə nisbətən
Kəlbəcər, işğal ediləndən bəri məskunlaşma kütləvi xarakter almayıb.
Oralarda sadəcə hərbi postlar olub. Kürdlərin həmin məkanlara köçmələri
əraziləri canlandırmaqla, məskunlaşmaya marağa hesablanıb.
Bundan başqa, yezidi kürdlərin Kəlbəcərə köçü həm də “iqtisadi baxımdan”
qarabağlı ermənilərin gələcək həyatlarının normaya düşməsinə
hesablanmış bir addımdı. Belə ki, əsasən heyvandarlıqla məşğul olan bu
toplum Qarabağdakı ermənilərin də dolanışığına dəstək olacaqlar. Xankəndidəki separatçı rejimin mənsubları ilə, Ermənistan Yezidi Kürd
Cəmiyyətinin lideri Həsən Tamoyan arasında aparılan danışıqlara görə,
qarabağlı haylar Kəlbəcərə köçərək, orada məskunlaşacaq yezidi kürdlər
üçün məktəblər, uşaq bağçaları və poliklinikaya qədər hər şeyi vəd
ediblər.
Vədlər arasında yezidi kürdlərin danışdıqları, kürd dilinin kurmanci
ləhcəsi olan lisanda dərsliklər və dərs vəsaitlərinin çapı da var. Bu gün sirr deyil ki, Ermənistanda müsəlman, xristian və yezidi
kürdlərə məxsus müxtəlif təşkilatlar bir araya gətirilərək “Ermənistan
Kürd Təşkilatları Federasiyası” ictimai qurumu yaradıblar. Ermənistan
qanunlarına görə, hər hansı bir vətəndaş özünü bu dövlətin strateji
maraqlarına uyğun hesab edirsə, dərhal ikili vətəndaşlıq hüququ ala
bilər. Bu qanuna əsasən İranın İsfəhan, Mazəndaran, Tehran, Şiraz və
digər şəhərlərində yaşayan ermənilərin əksəriyyəti, Ermənistan
vətəndaşlığını qəbul ediblər. Son zamanlar İraqın şimalındakı uydurma
Kürdüstan Muxtariyyətinə daxil olan şəhərlərdə yaşayan ermənilər də
Ermənistan vətəndaşlığını qəbul ediblər. Onların sayı ən azından 10 min
nəfərdir. Türkiyə, Suriya kimi dövlətlərdə müxtəlif cinayətlər törətmiş,
terrorçu birliklərdə təmsil olunan və yaşadıqları dövlətə xəyanət etmiş
minlərlə kürdlər, son 15 ildə Ermənistan vətəndaşlığını qəbul ediblər.
İndi Ermənistan hökuməti bu erməni və kürd vətəndaşlarından istifadə
edərək Urmu vilayətində çox böyük bir silah bazarı yaradıb. Bu silah
qaçaqmalçılığından hər il orta hesabla Ermənistanın dövlət büdcəsinə 2
milyard dollar vəsait daxil olur. Bundan əlavə Ermənistanda iqtidarda
olan hərbi xuntanın rəhbərlərinin şəxsi cibinə isə milyardlarla dollar
vəsait axır.
Ermənistan vətəndaşlığını qəbul etmiş kürdlər və ermənilər, eyni zamanda
Pakistan, Hindistan və digər dövlətlərdəki terrorçu təşkilatları
silahlandırmaqla məşğuldurlar. Ermənistan ordusunda toplam 60 min nəfər
xidmət etdiyi halda, bu dövlətin silah ehtiyatları ordunun sayından 15
dəfə artıqdır. Deməli, ordunun silahla təmin edilməsi siyasətinın
ardında Orta Şərqdəki radikal terrorizmin silahlandırılması və bunun
müqabilində böyük pulların qazanılması durur. Buna görə də Ermənistan
dövlətinin yarandığı ilk gündən terrorizmi dəstəkləyən ölkələrin
siyahısına salınması üçün ciddi addımların atılması zamanıdır.

Bu arada ABŞ-da fəaliyyət göstərən Amerika-Kürd İnformasiya
Şəbəkəsinin internet saytından əldə etdiyimiz son məlumatda bildirilib
ki, şəbəkənin xətti ilə bir qrup kürd Dağlıq Qarabağa göndərilib. Səfər
“Manukyan Simon” Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirilib. Məqsəd
Ermənistan-Kürd Beynəlxalq Təşkilatının Dağlıq Qarabağ ofisinin
açılışında iştirak etməkdir. Qrupa Əli Midhət adlı kürd rəhbərlik edib.
Şuşada onları 1992-ci ildə Livandan Dağlıq Qarabağa gəlmiş 32 yaşlı
Danelyan qarşılayıb. Adı çəkilən fond “Ermənistan-Kürd Beynəlxalq
Təşkilatının” bir sıra layihələrinə də maliyyə dəstəyi verməyi öz
üzərinə götürüb
PKK-ASALA bu gün dünyanın terror məkanında mövqelərini möhkəmləndirmək
və türklərə qarşı təxribatlar hazırlamaq məqsədilə səylərini
birləşdiriblər. İraqda aparılan müharibə başa çatdıqdan sonra bu proses
daha da sürətlənib.
Türkiyə və Azərbaycana düşmən kəsilən dövlətlərdə məskunlaşan PKK-çılar
bu ərazilərdən “hücum” planları üzərində işləyirlər. Bu faktı
separatçıların özləri də etiraf ediblər. Bir vaxtlar “Media TV”
telekanalına müsahibə verən Abdulla Öcalanın Tehranda yaşayan qardaşı
Hüseyn Öcalan PKK-nın dünyanın 26 ölkəsində dayaqları olduğunu iddia
etmişdi. O həmçinin Ermənistanda siyasi, iqtisadi, ideoloji
“klinikalar”ın olduğu faktını da söyləmişdi
Beynəlxalq ictimaiətə məlumdur ki, 2001-ci il noyabrın 17-də Texas
ştatında, dekabrın 9-da isə Parisdə Kürd-Erməni Strateji Araşdırma
İnstitutu təşkil olunub.

Parisdə kürd diasporunun tanınmış siyasi liderlərindən biri Əhməd
Alim göstərir ki,- “Yaratdığımız mərkəz əsasən MDB çərçivəsində məişət,
siyasi, ictimai, hərbi durum haqqında strateji məlumat bazasıdır. Artıq
mərkəzin İrəvan, Astana, Moskva ilə güclü informasiya əlaqələri var”.
Qeyd olunub ki, bu gün Qafqazda çalışan KİV nümayəndələri arasında 37
nəfərə qədər tərəfdaşımız var. Bildirilib ki, bu gün MDB çərçivəsində,
əsasən də Qafqazda “Gənc PKK-çılar”ın özəkləri yaranmaqdadır. Bu bizə imkan verəcək ki, gələcəkdə Qarabağdakı strateji maraqlarımızı ermənilərlə birlikdə həyata keçirək.

Short URL: http://www.cumhuriyyet.net/?p=3209

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031