10 aylıq körpə ailəsini xilas etdi

06.01.2014 - 02:34

Türkiyənin Bursa şəhərində 10 aylıq körpə ağladığı üçün bütün ailəsini
xilas edib. Belə ki, körpə ağlamasa, qaz sobasından evə dolan zəhər
nəticəsində bütün ailə həyatını itirə bilərdi. 27 yaşlı ata Sadık
Birinci bildirib ki, hər şey 10 aylıq körpələrinin gecə saat 2-də oyanıb
aramsız ağlaması ilə başlayıb. Onu beşikdə yırğalamağa çalışan hamilə
anası susdurmağa nail ola bilməyib. Bu zaman hər iki valideynin halı
pisləşib və yataqdan qalxa bilməyərək, qonşu otaqdakı ailə üzvlərini
çağırıblar. Bir neçə gün zəhərlənmədən xəstəxanada müalicə olunan ailə
sonda sağalıb: “Körpəm bütün ailənin, bir ay sonra dünyaya gələcək
qardaşının da həyatını xilas etdi. Allah hər kəsə belə övlad nəsib
etsin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3211

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930