“Dedilər, pilot kabinanın içərisindədir” – Qabil Hüseynli

10.08.2019 - 17:35

“Hazırda MİQ-29 hərbi təyyarəsinin çıxarılma əməliyyatı gedir”.

Musavat.com xəbər verir ki, bu məlumatı Yenicag.az-a iyulun 24-də qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət katibi Qabil Hüseynli verib.

Q. Hüseynli bildirib ki, pilotdan heç bir xəbər yoxdur: “Pilotla bağlı heç nə deyə bilmirlər. Çünki təyyarə parça-parça olub. Kabinə hissəsinə yaxınlaşa bilmirlər. Buna səbəb isə dənizin dibində dalğanın olmasıdır. Mənə bildirdilər ki, görünmə dərəcəsi çox aşağıdır. Hələ ki, pilot haqqında bir məlumat yoxdur. Axtarışda iştirak edənlərdən bir nəfər mənə dedi ki, 99.9% pilot kabinanın içərisindədir”.

Təyyarənin parçalanmasının səbəbinə gəldikdə isə, Qabil Hüseynli belə deyib: “Dedilər ki, təyyarə suya düşəndə elə bil betonla çarpışır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131957

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930