İcra başçısı qidadan zəhərlənən tələbələri xəstəxanada ziyarət edib

09.10.2021 - 00:04

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yaşadıqları evdə qidadan zəhərlənən Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrini müalicə aldıqları xəstəxanada ziyarət edib.

Mediaxeberleri.Az-ın məlumatına görə, Qazax Rayon Mərkəzi Xəstəxanasına gələn icra başçısı tələbələrin səhhəti ilə maraqlanıb, hazırki vəziyyətlərini öyrənib.

Növbətçi həkim Yeganə Əliyeva tələbələrə lazım olan bütün tibbi yardımın göstərildiyini, bu gün vəziyyətlərinin qənaətbəxş olduğunu bildirib. Tələbələrlə səmimi söhbət edən rayon rəhbəri hər cür qayğı ilə əhatə olunduqlarını, nə kömək lazım olsa etməyə hazır olduğunu qeyd edib.

Tələbələrin valideynləri də öz növbələrində övladlarına göstərilən münasibətə, diqqət və qayğıya görə razılıqlarını bildirərək, ailələri adından minnətdarlıq ediblər. Xəstəxanaya daxil olduqları ilk andan hər cür dəstəyin şahidi olduqlarını vurğulayıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167477

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930