Ramiz Mehdiyevdən fövqəladə iclas – polis rəisləri, prokurorlar toplanır…

26.12.2016 - 00:44

Bu gün Prezidentin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hüquq-mühafizə yerli strukturların rəhbərlərinin iştirakı ilə fövqəladə toplantı keçirəcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, toplantıya rayonların polis rəisləri, prokurorlar, məhkəmə sədrləri dəvət edilib: “Onlara vətəndaşların şikayətinə baxılması, araşdırılması və həll edilməsi ilə bağlı yeni tapşırıq və təlimatların verilməsi gözlənilir. Toplantı Azərbaycan prezidentinin xüsusi tapşırığı əsasında çağrılıb”.
Ölkədəki sosial gərginlik, məmurların vətəndaşların şikayətin biganə yanaşması siyasi hakimiyyətdə ciddi narazılıq yaradıb. Prezidentin Administrasiyasına daxil olan şikayət məktublarının da əksəriyyətində hüquq-mühafizə orqanlarından narazılıq ifadə olunub. Ona görə də hüquq-mühafizə orqanlarının yerli strukturlarının işitirakı ilə taplantı keçirmək və onlara sonuncu dəfə xəbərdarlıq etmək qərara alınıb. Hətta bu günkü toplantıdan sonra hüquq-mühafizə orqanlarının yerli strukturlarının bəzi rəhbərlərinin işdən azad olunacağı gözlənilir – deyə mənbə vurğulayıb.
Mənbənin məlumatına görə, toplantıda həmçinin yerli iş adamlarının fəaliyyətinə hüquq-mühafizə orqanlarının müdaxiləsi müzakirə olunacaq: “Prezident Administrasiyasına daxil olan şikayət məktublarında bununla bağlı yüzlərlə faktlar yer alıb. Daxili araşdırmalar nəticəsində bu tipli şikayətlərin mütləq əksəriyyətində vətəndaşların haqlı olduğu üzə çıxıb. Bu məsələ ilə bağlı konkret tapşırıqlar veriləcək”. Mənbə onu da bildirir ki, toplantıda Prezidentin Administrasiyasının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı da nəzərdə tutulub.(istiqlal.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85175

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930