MSŞT üzrə İdarə Heyətinin sədri Bakıya gəlir

01.02.2017 - 02:29

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin sədri Fredrik Reynfeldt Bakıya rəsmi səfərə gəlir. Onun dövlət başçısı İlham Əliyevlə və vətəndaş cəmiyyəti üzvləri il görüşü nəzərdə tutulur. Bu barədə məlumatı Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Oqtay Gülalıyev özünün Facebook səhifəsində məlumat yayıb. Məlumatda deyilir; “Fevralın 1- də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin sədri Fredrik Reynfeldt Bakıya rəsmi səfərə gəlir. Onun dövlət başçısı İlham Əliyev daxil olmaqla bir sıra məsul şəxslərlə MSŞT- nin ölkəmizdə tətbiqi, xüsusən vətəndaş cəmiyyətinin problemi ilə bağlı görüş- müzakirəsi olacaq. Sabah bizimlə də görüşü nəzərdə tutulur. 

Azərbaycan hökümətinin MSŞT- yə verdiyi önəm, Təşəbbüsün üzvlüyündə qalmaq istəyi bu görüş- müzakirələrin əhəmiyyətini və çəkisini artırır. Vətəndaş cəmiyyətinin problemlərinin həllinə töhvə verə biləcək düşüncəsi ilə bizim də cənab Fredrik Reynfeldtin Bakı səfərindən müəyyən gözləntilərimiz var. Çünki ölkəmizdə vətəndaş cəmiyyətinin çoxsaylı problemləri var; qanunvericiliyə edilmiş məhdudlaşdırıcı düzəlişlər, donor təşkilatların fəaliyyyətini tənzimləyən qaydaların qeyri- adekvat olması, onlara çıxış məhdudluğu, QHT- lərin qeydiyyat, ofis, maliyyə dayanıqlığı problemi, ictimai fəalların təqib və təzyiqlərə məruz qalması, onların qanunsuz həbsləri (İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Asif Yusifli, İlkin Rüstəmzadə, Əbdül Əbilov, Qiyas İbrahimov, Bayram Məmmədov və s.), cinayət işləri, ölkədən çıxışa qoyulan qadağalar və s.

Fredrik Reynfeldtlə bu məsələləri müzakirə etmək imkanlarımız olacaq. Eyni zamanda ölkəmizdəki real durumu onun diqqətinə çatdırmaq üçün MSŞT Koalisiyası olaraq ona rəsmi müraciət etdik”.

Mədən Sənayesində Şəffaflıq Təşəbübsü (MSŞT) üzrə İdarə Heyətinin sədri cənab Fredrik Reynfeldtə müraciət edib. Müraciətdə deyilir:

“Hörmətli cənab Fredrik Reynfeldt!

Yaxın günlərdə sizin Azərbaycana səfəriniz və səfər müddətində ölkəmizin vətəndaş cəmiyyəti üçün xüsusi önəm kəsb edən bir sıra məsələlər barədə əhəmiyyətli müzakirələr aparacağınız gözlənilir. Fürsətdən istifadə edib diqqətinizi Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün ölkəmizdə tətbiqi sahəsində olan vəziyyətə cəlb etmək istərdik.

Təəssüflə qeyd etmək lazımdır ki, Astana toplantısından ötən müddət ərzində vətəndaş cəmiyyətinin problemlərin həlli istiqamətində həlledici hüquqi və praktiki addımlar atılmayıb. Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və 24 yanvar 2017-ci il tarixli “Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazinsində qrant vermək hüququnun əldə edilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə Qərarlar qəbul olunub. Lakin ölkə Konstitusiyasına görə Prezident fərmanları və Nazirlər Kabinetinin qərarları qanunlardan üstün hüquqi qüvvəyə malik olmadığına , “Qrant haqqında qanunda” məhdudlaşdırıcı hallar aradan qaldırılmadığına görə huquqi və praktik vəziyyətin dəyişməsindən danışmaq mümkün deyildir. Nazirlər Kabinetinin son qərarları ilə edilən dəyişikliklər təəssüf ki, MHŞT Beynəlxalq İdarə Heyətinin 26 oktaybr 2016-cı il tarixli qərarında qeyd olunan Azərbaycana dair 3 tələbin həlli istiqamətində heç bir dəyişiklik yaratmır. Yenə də qrantların və donorların qeydiyatı prosedurları saxlanılır. Odur ki, Azərbaycanda QHT- lərin fəaliyyətinə dair qanunvericilikdə movcud məhdudiyyətlərin aradan qaldırılmasına ciddi ehtiyac var. Bu da qarşıdakı dövrdə həm hüquqi və həm də tənzimləyici sahədə islahatların davam etdirilməsini zəruri edir.

Digər tərəfdən bir çox müstəqil QHT- lərin, həmçinin Koalisiyaya üzv olan bəzi təşkilatların qrant layihələrinin icrası ilə bağlı Ədliyyə nazirliyi həmin layihələri qeydiyyata alıb lazımi bildiriş verməkdən imtina edir.

Eyni zamanda xarici donorlara çıxış imkanları məhdud olaraq qalır. Koalisiyanın özünün və müstəqil üzv təşkilatların beynəlxalq donor təşkilatlardan maliyyə dəstəyi almaq, qrant müsabiqələrində iştirak edib layihə həyata keçirməsi praktiki olaraq mümkün deyil. Hətta Prezident yanında QHT- lərə Dövlət Dəstək Şurası 2016-cı ildə MSŞA Koalisiyası üçün ayırdığı institutsional qrant layihəsini maliyələşdirməkdən, ardınca isə 2017- ci il üçün müsabiqəyə təqdim edilmiş layihəni qəbul etməkdən imtina edib. Hazırda Koalisiyanın maliyyə büdcəsi, ofisi, zəruri ofis avadanlıqları, toplantı keçirməyə konfrans zalı və s. yoxdur. Dəfələrlə müraciət edilsə də Çoxtərəfli Qrupun rəhbəri, MSŞT üzrə Hökümət Komissiyasının sədri Şahmar Mövsümov Koalisiya Şurası ilə görüşdən və əməkdaşlıqdan imtina edir.

Koalisiya üzvü olan 30-dan çox müstəqil QHT hələ də dövlət qeydiyyatı olmadan fəaliyyət göstərir. Ədliyyə Nazirliyi onları qeydiyyata almaqdan imtina edir. Haqqında cinayət işi olan, pasport verilməyən, ölkədən çıxışı qadağan edilən, həbsdə olan Koalisiya üzvləri var. Məsələn, Koalisiyanın keçmiş Şura üzvü Fuad Qəhrəmanlı Facebook sosial şəbəkəsində yazdığı fikirlərinə görə 10 il müddətinə azadlıqdan məhrum olunub. Onun günahsızlığına görə yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus, nüfuzlu Amnesty İnternational təşkilatı isə “vicdan məhbusu” elan edib.

Koalisiyanın daha bir üzvü Qarabağ qazisi, 2-ci qrup əlil Asif Yusifli də 2 ildən çoxdur ki, qanunsuz həbs həyatı yaşayır. O, qanunvericiliyə edilmiş son dəyişikliyə uyğun olaraq cəzanı çəksə də yenə də həbsdə saxlanılır.
Hörmətli cənab Fredrik Reynfeldt

Biz ölkəmizdə güclü vətəndaş cəmiyyətinin formalaşmasında, MSŞT prosesində iştirak etməkdə çox maraqlıyıq. Amma qəbul edirik ki, bu problemlər həll olunmadan MSŞT prosesində azad və səmərəli iştirak mümkünsüzdür. Biz sizi Bakıya səfəriniz zamanı keçirdiyiniz yüksək səviyyəli görüşlərdə ölkəmizdə vətəndaş cəmiyyətinin, o cümlədən MSŞA Koalisiyası üzvlərinin problemlərinin həlli istiqamətində prinsipial mövqe və iradə nümayiş etdirməyə çağırırıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=86917

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930