Ramil Usubov məşhur saatsazın işdən çıxarılan oğluna yeni vəzifə verdi

11.01.2018 - 13:32
Bakının tanınmış saatsazının bir müddət əvvəl işdən çıxarılan polis oğluna yeni vəzifə verilib.
 Cumhuriyyet.net-in məlumatına görə, Saatsaz Hacı Fətəliyev APA-ya bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis kapitanı Ceyhun Fətəliyev Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidmətinə komandir təyin edilib.
H. Fətəliyev oğluna göstərilən etimada görə, Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində inspektor vəzifəsində çalışmış C. Fətəliyev bir müddət əvvəl xidməti avtomobili ilə qəza törətdiyi üçün işdən çıxarılıb.
Həmin vaxtı atası C. Fətəliyevin işdən çıxarılmasını başqa səbəblərlə əlaqələndirmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=109780

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31