Əfqan Muxtarlıya 6 illik həbs cəzası verilib
Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
APA-nın məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Ə. Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, Ə. Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=109882