Qarabağda Rusiyanın “Yunibank”ının filialı?.. – FOTO

24.01.2018 - 01:13
1992-1993-cü illərdə  uğrunda onlarla igid oğlumuzun şəhid olduğu Ağdərənin Vəng (yaxud Vəngli-hazırda inzibati cəhətdən Kəlbəcər  rayonuna aid edilib) kəndində Rusiyanın “Yunibank”ının filialı var.  Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.
Erməni jurnalistin Vəng kəndi haqda hazırladığı reportajda yalnız həmin bankın filialının binasının fotosu göstərilir. Və altında  bu haqda qısa qeyd yazılıb.  Hazırda İrəvanda da “Yunibank” fəaliyyət göstərir. Amma bank binasının girişində adının rusca da «ЮНИБАНК» yazılması  bankın Rusiyanın eyniadlı bankının filialı olmasını deməyə də əsas verir.
Ümumiyyətlə, bu kənddə bir sıra yazıların, o cümlədən kafe və dükanların adlarının həm rus, həm ermənicə yazılması elə təəssürat yaradır ki, burada sovet hakimiyyəti yıxılmayıb, ya da bura Rusiyanın ermənilərin kompakt yaşadığı bir əyalətidir…

Short URL: http://www.cumhuriyyet.net/?p=110832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31