Azərbaycanda daha bir dəm qazı faciəsi – Bakıda 2 körpə boğularaq öldü – FOTO

06.03.2018 - 21:42
Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub.

Cumhuriyyet.net  “Qafqazinfo”ya istinadən xəbər verir ki, azyaşlı uşaqlar- Dinarə Qüdrətova və Binyamin Qüdrətov qazdan boğularaq vəfat ediblər.

Hadisə Bakı şəhərində baş verib. Məlumata görə, evə gələn ata İmran Qüdrətov həyat yoldaşı ilə uşaqlarını halsız vəziyyətdə aşkarlayaraq onları xəstəxanaya aparıb. Azyaşlıların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.

Bacı ilə qardaş Astara rayonunun Şüvi kəndində dəfn olunublar.

Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Onlar – Rafiq Hüseynov (baba),  Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi  Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=114832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31