Türkiyə Ordusu Afrinin mərkəzinin 10 kilometrliyindədir

07.03.2018 - 12:00

Türkiyə Silahlı Qüvvələri və “Azad Suriya Ordusu” Afrin bölgəsinin mərkəzinin 10 kilometrliyindədir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Qeyd olunur ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində indiyədək 700 kv.km ərazi terrorçulardan azad edilib.

Həmçinin 147 yaşayış məntəqəsi tam nəzarətə götürülüb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrinin mərkəzi istiqamətində hücuma keçməyin vaxtı çatdığını bəyan etmişdi.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=114884

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31