Hadı Rəcəbli: “Buna görə jurnalistlərdən qaçır və müsahibə vermirəm, mən nə demişəm?”

29.03.2018 - 10:16

“Təəssüf ki, bəzi KİV-lər mənim sözlərimi təhrif edərək, vacib və aktual siyasi bəyanatımın mənasını dəyişikliyə uğradıblar. Mən sosial şəbəkələrin, ələlxüsus “Facebook”un bağlanmasına çağırmamışam. Mən insanları təhqir edən və mənəvi-mədəni dəyərlərə zərər vuran sosial şəbəkə istifadəçilərinin səhifələrinin, bu cür saytların bloklanmasında mövcud beynəlxalq təcrübədən yararlanmağa çağırmışam”, bu fikirləri Virtualaz.org-a müsahibəsində Milli Məclisin deputatı Hadı Rəcəbli deyib.

Hiddətlənmiş deputat redaksiyaya müraciət edərək mövqeyinin dəqiqləşdirilməsini xahiş edib: “Bax, buna görə jurnalistlərdən qaçır və müsahibə vermirəm. Mən nə demişəm? Prezidentin, onun ailəsinin, ümumilikdə, bütün şəxslərin ünvanına təhqirlərin yolverilməzliyini demişəm. Hər bir insanın şərəfi və ləyaqəti var və təhqiramiz hücumların söz azadlığına heç bir aidiyyatı yoxdur. “Facebook”un bağlanmasının bura nə dəxli var? Mən siyasi elmlər doktoruyam, belə bir absurd çağırış edə bilərdimmi? Söhbət yalnız bu təxribatçı elementlərin səhifələrinin bloklanmasından gedir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=116351

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31