“Maşın almaq istəyənlə, iş qurmaq istəyənlərin kredit borcları fərqləndirilməlidir” — Siyavuş Novruzovdan ŞOK AÇIQLAMA

03.04.2018 - 14:07

“Maşın almaq istəyənlə, iş qurmaq istəyənlərin kredit borcları fərqləndirilməlidir”.
“Ölkə.Az” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Parlamentin komitə sədri Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, hər hansı şəxs maddi imkanından asılı olmayaraq 50 min manatlıq avtomobil almaq istəyirsə, dövlətin borcunu ödəməlidir:
“Bu məsələdə insanların vəziyyəti nəzərə alınmalıdır. İnsanlar var ki, yaslarını keçirmək üçün kredit götürür. Onları qınamaq olmaz, bu milli dəyərlərlə bağlı olan məsələdir, onların da vəziyyəti nəzərə alınmalıdır. Biz Maliyyə Bazarlarına Nəzarət Palatası yaratdıq, iki il keçsə də, heç bir səs yoxdur. Banklarda rəhbərlik dəyişir, ancaq Milli Məclis qarşısında hesabat verərək hər hansı dəyişikliklər etdiklərini ortaya qoymurlar. Valyuta dəyişmə məntəqələrinin yenidən bərpa edilməsi ilə bağlı qanun qəbul etdik, amma bu məsələ də kiminsə inhisarında olduğundan gerçəkləşmir. Sovet dövründə banklarda qalan pullar Prezidentin iradəsi ilə geri qaytarılır. Bu vaxta qədər 2 milyardan artıq pul geri qaytarılıb. Amma hər şeyi dövlətdən gözləmək olmaz. Bu baxımdan hesab edirəm ki, növbəti dəfə Ziyad Səmədzadə bu istiqamətdə qanun layihələri irəli sürülərkən bu məsələ nəzərə alınmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=116719

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728