Bakıda teatrda gənc yazarlar Həmid Herisçi ilə dalaşdı: Qonaqlar zalı tərk etdi

24.04.2018 - 15:09

Dünən Bakıda kitab festivalı təşkil olunub.

Minval.info xəbər verir ki, ADO teatrında baş tutan festivala təxminən 30 nəfər gəlib. Onların arasında gənc yazarlar da olub.

Say azlığına baxmayaraq zalda gərgin anlar yaşanıb. Belə ki, zala festivala sonrada qatılan Həmid Herisçinin davranışları gənc yazarların xoşuna gəlməyib. Belə ki, onlar Herisçinin özündənrazı olduğunu hesab etdiklərindən qıcıqlanıblar. Elə buradan da aralarında xoşagəlməz polemika başlayıb. Daha doğrusu gənc yazarlar bir-bir Həmidə ironiya ilə söz atıblar. Deyişmə xarakteri alan söhbətin ardınca gənc yazarlardan biri Əsəd Qaraqaplanlı onun üstünə qışqırıb və “adam ol”, “yekə kişisən” kimi kobud ifadələr işlədib. Xüsusən Həmid Herisçinin mərhum Rafiq Tağı barədə dediklərinə etirazını bildirib.

Vəziyyət elə yerə çatıb ki, zala gələnlərdən biri Əsədin qışqıraraq danışmasından narazı qaldığını və bunu hörmətsizlik kimi qəbul etdiyini söyləyib. Baş verənlərdən sonra hamı oranı tərk etməyə başayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=117988

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728