700 bal toplamış abituriyent: “BANM vasitəsilə dünyaya çıxmaq istəyirəm”

26.07.2018 - 16:28

Bu ilin qəbul imtahanında 700 bal toplayan Rüstəm Qarayev Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

“Report” həmin müsahibəni təqdim edir:

– Rüstəm, özünüz haqda bir az danışın…

– Mən, Qarayev Rüstəm 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Laçının Minkənd kəndindənəm. Məktəbə 5 yaşımda getmişəm. Üzgüçülük, cüdo və futbolla məşğul olmuşam. Bundan başqa şahmata da həvəsim var. Soyuqqanlıyam və hadisələrə hər zaman real yanaşıram.

– Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiz?

– Qəbul imtahanında göstərdiyim uğura görə əvvəla başda sinif rəhbərim İlhamə Vəliyeva olmaqla bütün məktəb kollektivinə və sinif müəllimlərimə təşəkkür edirəm. Təbii ki, bu uğurda valideynlərimin də rolu böyükdür. Onlara da sonsuz təşəkkürlərimi bildirirəm.

– Niyə I qrupa üstünlük vermisiz?

– Texniki fənnlərə olan marağım və arzuladığım ixtisasın bu qrupda olduğuna görə I qrupa üstünlük vermişəm.

– Rüstəm, ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?

– BANM-ı seçməyimin əsas səbəblərindən biri orada təhsilin ingiliscə və yüksək ixtisaslı müəllimlər tərəfindən verilməsidir. Çünki BANM-la mən dünyaya çıxmaq istəyirəm. Bundan başqa, BANM-da təşkil olunan təlim kursları, tez-tez müxtəlif şirkətlərin əməkdaşları ilə olan görüşlər də mənim BANM-ı seçməyimdə böyük rol oynadı.

– BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

– BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçməyə qərar vermişəm. Əminəm ki, bu ixtisası bitirdikdən sonra istər Azərbaycanda, istərsə də xarici ölkələrdə karyera qurmaq çox asan olacaq.

– Boş vaxtınız olduğu zaman nə etməyi sevirsiz?

– Boş vaxtlarımda futbol oynamağı, musiqi dinləməyi və kompüterlə məşğul olmağı sevirəm.

– Sizcə parlaq gələcəyi olan ixtisas hansıdır?

– Texnologiyanın bu cür sürətlə inkişafını nəzərə alsaq, elə kompüter və avtomatlaşma ilə bağlı ixtisasların parlaq gələcəyi olacağını düşünmək olar.

– BANM-i bitirdikdən sonra planlarınız nədir?

– BANM-ı bitirdikdən sonra təhsilimi xaricdə magistratura pilləsində davam etdirmək istəyirəm.

– Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?

– Gələcəkdə bitirdiyim sahə üzrə Azərbaycanda dünya standartlarına cavab verə biləcək şirkət qurmaq istəyirəm.

– Ən çox hansı fənni və nə üçün sevirsiz?

– Ən çox sevdiyim fənn fizikadır. Texniki qurğuların, bütün istifadə etdiyimiz avadanlıqların hamısının açarı fizika fənnində olduğuna görə bu fənnə daha çox bağlıyam.

– Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

– İnsanın uğur əldə etməsi üçün əvvəllcə qarşısına məqsəd qoymalıdır, sonra isə bu məqsədə çatmaq üçün çox çalışmalıdır.

– Dostluq nə deməkdir və dostlarınızı necə seçirsiz?

– Əsl dostluq insanlar arasinda olan təmənnasız münasibətdir. Dostlarımı seçmək üçün mənə adətən vaxt lazım olur. Həmişə istəmişəm ki dostlarım səmimi olsun.

– Gələcək abituriyentlərə nə məsləhət görərdiniz?

– Abituriyentlərə məsləhətim odur ki, heç vaxt ruhdan düşməsinlər. Bütün sınaq imtahanlarına getsinlər və öz üzərlərində daim çalışsınlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121537

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031