Sumqayıtda kanalizasiya borusunun partlaması nəticəsində avtomobil yolu çöküb- VİDEO

23.08.2018 - 11:09

Sumqayıt şəhərində kanalizasiya borusunun partlaması nəticəsində magistral avtomobil yolu çöküb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin 20-ci məhəlləsi, Kamran Hüseynov küçəsində baş verib.

Sumqayıt Su Kanalı İdarəsinin rəisi Darvin Hüseynov “Report”a açıqlamasında bildirib ki, hazırda həmin istiqamətdə avtomobillərin hərəkəti dayanıb və alternativ yoldan istifadə edilir. Aidiyyəti qurumlar əraziyə baxış keçirib. Çökmənin əsas səbəbi kimi magistral yolun altından keçən və 1950-ci ildə istismara verilmiş kanalizasiya xəttinin partlaması göstərilir.

Qeyd edək ki, həmin ərazidə yolun çökməsi ilk dəfə deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=121834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728