ABŞ səfirliyi “GreenCard”la bağlı xəbərdarlıq etdi

15.05.2019 - 12:27

ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci il üçün Viza Lotereyası proqramının (GreenCardVisa) ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
Səfirlik bəyan edib ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri “GreenCard” proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.
“Bundan əlavə, yerli viza təşkilatları Viza Lotereyasına daxil etmək məqsədi ilə sizdən şəxsi məlumatları almaq üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli “GreenCard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir” – səfirliyin bəyanatında deyilir.
Bildirilib ki, ərizəçilər bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunu hesab edirlərsə və yaxud fırıldaq məqsədi ilə onlara müraciət olunubsa, “Facebook” səhifəsi vasitəsilə və yaxud Consularbaku@state.gov elektron poçt ünvanına müraciət etməklə səfirliyə məlumat versinlər.
Bundan başqa, yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə heç kimə ödəniş etmədən ərizəni yoxlamaq olar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128203

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2019
BE ÇA Ç CA C Ş B
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031