“Bakı Metropoliteni”nə qarşı 1,6 milyonluq məhkəmə iddiası

17.05.2019 - 01:13

“Safe Life” MMC “Bakı Metropoliteni” QSC-ni məhkəməyə verib. “Report”un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul tələbinə dair iddia ərizəsi qaldırıb.
Ərizədə qeyd edilib ki, “Safe Life” MMC ilə “Azərtunelmetrotikinti” SC-nin Xüsusi Tamamlama işlər İdarəsi ilə 2013-cü ildə müqavilə bağlanıb. Müqavilə üzrə “Bakı Metropoliteni” QSC MMC-yə ümumilikdə 1 milyon 600 min 577 manat məbləğində pul ödəməlidir.
Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki məhkəməyə təqdim olunan iddia ərizəsindən görünüb ki, iddiaçılardan biri Tağıyev Azad Hüseyn oğlu fiziki şəxsdir və iddia ərizəsinə onun fərdi sahibkar statusunu təsdiq edən sənəd əlavə edilməyib.
Məhkəmənin qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128281

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930