Minsk Qrupundan QARABAĞ AÇIQLAMASI: Azərbaycan və Ermənistan razılaşdı

30.05.2019 - 23:29

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyinin başçıları – Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan yaxın vaxtlarda Qarabağ üzrə növbəti görüşün keçirilməsi barədə razılaşıblar. Publika.az xəbər verir ki, bu haqda ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) regiona səfərlərinin yekunları ilə bağlı bəyanatında deyilir.
Qeyd edək ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Onlar mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, eyni zamanda müdafiə naziri David Tonoyanla görüşüblər. Həmsədrlər həmçinin mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Onlar mayın 30-da Bakıya gəlib, bir sıra görüşlər keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib. Görüşlərdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=128730

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728