“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

10.07.2019 - 18:24

 

Bu gün “Qarabağ” Çempionlar Liqasında (ÇL) mübarizəyə başlayır.

“Report” xəbər verir ki, ardıcıl 6 mövsümdür Azərbaycan Premyer Liqasının qalibi olan Ağdam təmsilçisi I təsnifat mərhələsinin Albaniyada keçiriləcək ilk oyunu çərçivəsində “Parizani” ilə qarşılaşacaq. Paytaxt Tiranadakı Selman Stermasi adına stadionda Bakı vaxtı ilə saat 19:30-da başlayacaq matç “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ötən mövsüm ÇL-in II tənsifat mərhələsində Albaniya çempionu “Kukesi”ni mübarizədən kənarlaşdırıb (0:0, 3:0). İndi isə sırada sözügendən ölkənin növbəti ən güclüsü olan “Partizani”dir.

Ötən mövsümlə müqayisədə, “Qarabağ”ın heyətində ciddi dəyişiklik olmayıb. Yakub Jezniçak, Reynaldo Silva və İnnosent Emeqara kimi legionerlər yola salınıb. Əvəzində ispaniyalı hücumçu Xayme Romero ilə braziliyalı cinah müdafiəçisi Ailton Silva transfer edilib.

“Partizani”nin heyətində tanınmış simalar yer almasa da, baş məşqçi Franko Lerda “Qarabağ”la oyunlar üçün 9-u legioner olmaqla 23 futbolçu sifari edib. Əcnəbilərdən 5-i hücumçudur. Onlardan Teofilus Solomon, Brayan Braun və Cozef Ansa Ekuban yay fasiləsində Albaniya çempionuna qoşulublar.

“Qarabağ” son 5 mövsümdə avrokuboklarda qrup mərhələsinin daimi sakininə çevirilibsə, “Partizani” axırıncı 2 mövsümdə Avropa Liqasında I təsnifat mərhələsində mübarizəni dayandırıb. Komanda müvafiq olaraq Bolqarıstanın “Botev” və Sloveniyanın “Maribor” klublarına uduzub. Tiranalılar avrokuboklarda sonuncu qələbəsini 13 il öncə qazanıb. Bu da 2006-cı ildə artıq tarixin yaddaşına köçən İntertoto Kubokunda Kipr “Etnikos”u ilə duelə təsadüf edib – 2:1.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək. Ağdam təmsilçisi “Partizani”ni üstələyəcəyi təqdirdə, II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) / “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. “Köhlən atlar” Albaniya çempionunu keçə bilməsələr, Avropa Liqasının II təsnifat mərhələsində “Şerif” (Moldova) / “Saburtalo” (Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcəklər.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Torvaldür Arnason

Yan xətt hakimləri: Yohann Qunnar Qudmundsson və Andri Vigfusson

Dördüncü hakim: Pyotr Qudmundsson (hamısı İslandiya)

Hakim-inspektor: Konrad Plautz (Avstriya)

UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)

Tiranada. Selman Stermasi adına stadion

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129380

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031