Səfir Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsinə münasibət bildirib

26.07.2019 - 12:56

“Bu gün tarixi gündür. Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ikitərəfli münasibətlər baxımından çox önəmli və simvolik mənaya sahibdir”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

“Məlum qərar bizim bir millət, iki dövlət olduğumuzun bariz nümunəsidir. Türkiyə və Azərbaycan olaraq aramızdakı münasibətləri hər zaman daha irəli aparmaq əzmindəyik. Qəbul edilmiş qərar da buna xidmət edəcək və bu qərarın əhəmiyyəti çox böyükdür. Fürsətdən istifadə edib Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün səlahiyyətli şəxslərə öz təşəkkürümü bildirirəm”, – səfir bildirib.

E. Özoral qeyd edib ki, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ölkələr arasında turizm, habelə digər məqsədli səfərlərin sayının artmasına səbəb olacaq: “Bu qərar hamıya, həm Azərbaycan, həm də Türkiyəyə xeyirli-uğurlu olsun”.

Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=130289

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728