Bakı-Dubay təyyarəsi məcburi eniş edib

27.07.2019 - 12:10

“Azərbaycan Hava Yolları”nın Bakıdan Dubaya uçan J2-015 nömrəli reysində hava gəmisinin kapitanı geri dönüb və Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş üçün icazə istəyib.

AZAL-dan verilən məlumata görə, “Airbus A319” təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorunun işə düşməsi olub.

Bakı vaxtı ilə saat 23:28-də təyyarə Bakı aeroportunda uğurlu eniş edib. Təyyarənin yoxlanışından sonra detektorun səhvən işə düşdüyü məlum olub.

Heyət üzvləri də daxil olmaqla laynerin göyərtəsində 113 nəfər olub, zərərçəkən yoxdur.

Sərnişinlər Dubaya ehtiyat təyyarə ilə yola düşəcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=130386

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728