İran gəmisində xilas edilən 9 nəfər Bakıya gətirilib- Foto (Yenilənib)

27.07.2019 - 12:37

Saat 18:48

Xəzərdə batan İran gəmisinin xilas edilən ekipajı Bakıya gətirilir.

“Report”un əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən xilas edilən “Şəbahəng” quru-yük gəmisinin 9 nəfərdən ibarət ekipajı saat 22 radələrində Bakıya çatacaq.

Xatırladaq ki, bu gün saat 14:15-də DSX-nin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.

***

Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru – yük gəmisində xilas edilən 9 nəfər heyət üzvü Bakıya gətirilib.

APA-nın məlumatına görə heyət üzvləri Dövlət Sərhəd Xidmətinin (DSX) gözətçi gəmisi ilə Bakı Limanına gətirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=130413

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728