Rusiyanın İrkutsk vilayətində 475 ev suyun altında qalıb

30.07.2019 - 12:17

Rusiyanın İrkutsk vilayətində iyulun 27-dən başlayan leysan yağışları və daşqınlar 29 yaşayış məntəqəsində 475 evin suyun altında qalması ilə nəticələnib.

AzərTAc xəbər verir ki, vilayətin səkkiz rayonu, 2 699 nəfərin, o cümlədən 653 azyaşlının yaşadığı 20 yaşayış məntəqəsi təbii fəlakətlə üz-üzə qalıb. Bundan başqa, 657 bağ evi, iki sosial əhəmiyyətli obyekt, bir avtomobil körpüsü və avtomagistralın üç sahəsi də daşqınlardan zərər görüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, leysan yağışları nəticəsində bu ərazidəki 9 çay məcrasından çıxıb, qrunt sularının səviyyəsinin qalxması isə vəziyyəti daha da gərginləşdirib. Bundan başqa, “Sibir” federal trasının Tulun şəhərindən keçən hissəsi bağlanıb, Şelexov rayonunda 456 bağ evini su basıb. Xilasedicilər 2 mindən çox insanı təxliyə ediblər və uşaqlar üçün 12 sağlamlıq düşərgəsində olan azyaşlılar digər ərazilərə köçürülüblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=130817

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930