Yaponiyanın yeni İmperatoru Naruhito ilk dəfə parlamentdə çıxış edib

01.08.2019 - 17:05

Yaponiyanın yeni İmperatoru Naruhito mayda həmin vəzifəni tutduqdan sonra ilk dəfə ölkə parlamentində çıxış edib.

AZƏRTAC xəbər verir ki, avqustun 1-də İmperator Naruhito parlamentin növbəti sessiyasının açılış mərasimində iştirak edib.

Yarli vaxtla saat 14:45 dəqiqədə parlamentə gələn İmperatoru aşağı və yuxarı palataların sədrləri qarşılayıb. Açılış mərasimi saat 15:00-da parlamentin binasında başlayıb.

Mərasimdə çıxış edən İmperator Naruhito dövlətin ali orqanı olan parlamentin həm ölkə daxilində, həm də xaricdə öz vəzifələrini layiqincə yerinə yetirərək, vətəndaşların gözləntilərini doğruldacağına ümidvar olduğunu bildirib.

Çıxışdan sonra qanunvericilər qarşısında baş əyən İmperator zalı tərk edib.

Parlamentin çağırılması Yaponiya dövlətinin rəmzi olan İmperatorun rəsmi vəzifələrindən biridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=131189

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728