Ermənistanda aprel döyüşlərində ölən hərbçilərin qəbirləri təhqir olundu
Ermənistan paytaxtındakı “Yerablur” hərbi pantionunda basdırılmış aprel müharibəsi iştirakçılarının məzarları təhqir olunub.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib. Bildirib ki, hərbi polis baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb. Ermənistan mediasında hərbi məzarlıqdakı qəbirlərin, xüsusilə də aprel döyüşləri zamanı məhv edilmiş erməni hərbçilərinin məzar daşlarının təhqir olunmasını əks etdirən videokadrlar da yayılıb. Məzarların, hərbçilərin fotoşəkillərinin, həmçinin baş daşlarının üzərinə mənşəyi məlum olmayan maye səpilib.
Yerli media bildirir ki, bundan əvvəl analoji hadisələr Nubaraşen və Çarentsavan qəbristanlığında da baş verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=131195