David Usupaşvili: “Azərbaycanla münasibətlərimizi korlasaq, hər şeyimizi itirəcəyik”

02.08.2019 - 13:04

Gürcüstan parlamentinin sabiq spikeri David Usupaşvili ölkə hakimiyyətini Anaklia limanının fəaliyyəti məsələsində “məsuliyyətsiz yanaşmaya” görə tənqid edib.

Virtualaz.org “Gürcüstan Onlayn”a istinadən bildirir ki, eks-spiker bu vacib layihənin şəxsi, fərdi, imperial və ya hər hansı bir maliyyə maraqlarının qurbanına çevrildiyini deyib.

David Usupaşvili qeyd edib ki, Keşikçidağ   (David Qareci) monastır kompleksilə əlaqədar vəziyyətin kəskinləşməsi liman məsələsi ilə üzvi surətdə çulğaşır, çünki Azərbaycanla münasibətlərin gərginliyi layihələrin belə tipinin mənasının itməsinə sövq edir.

“Əminəm ki, David Gareci ilə əlaqəli problemlərin mürəkkəbləşməsi bu məsələ ilə sıx əlaqəlidir, Azərbaycanla münasibətlərimizi pisləşdirsək, yalnız Anakli və Poti limanlarını bağlamalı olmayacağıq. Çünki bu cür layihələr yalnız çox vacib yüklərin daşıyıcısı olduğumuz zaman strateji və siyasi əhəmiyyət kəsb edir”,-deyə Usupaşvili vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=131328

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728