“Yaponçik”in varisini xüsusi qəddarlıqla belə öldürdülər, boğazını kəsdilər – VİDEO

02.08.2019 - 18:03

Nüfuzlu “vor zakon” Aleksey Petrov (“Petrik” və ya “Lenya Xitrıy” ) Ukraynada yaşadığı evin qarşısında xüsusi amansızlıqla öldürülüb.

Virtualaz.org xəbər verir ki, “vor zakon”a divan tutulmasına dair kadrları yerli Strana.ua portalı yayıb.

Kadrlardan görünür ki, iki nəfər kriminal avtoriteti döyür, onlardan biri “Petrik”i bıçaqla vurur. Həmin şəxslər kriminal avtoriteti həyətdə dayanmış cipin arxasına çəkir, bir az sonra killerlər oradan çıxır. Onların əlləri və paltarı qan içindədir.

Məlumata görə kriminal avtoriteti döyəndən sonra onun boğazını kəsiblər.

“Petrik” cinayətkar aləmdə unikal şəxsiyyət hesab olunurdu. O, hələ ötən əsrin 70-ci illərinin sonlarında Moskvanın şimal-şərqindəki Mazutlu keçiddə SSRİ-nin ilk mütəşəkkil cinayətkar qruplaşmalarından birini yaradıb, həmin qruplaşma “Mazutinsk qruplaşması” kimi tanınıb.

“Petrik” habelə məşhur “vor zakon”, kriminal aləmin kralı hesab edilən Vyaçeslav İvankov (“Yaponçik”) vurulanda onu xəstəxanada ilk ziyarət edən adam olub. “Yaponçik” ona bir neçə kəlmə söz deməyə imkan tapıb, sonra komaya düşüb və bir daha ayılmayıb. Deyilənə görə “Yaponçik” işlərini “Petrik”ə vəsiyyət edib.

Ukraynada isə Aleksey Petrov sənaye müəssisələrinin istehsalat tullantılarının realizasiyası ilə məşğul idi və kriminal işlərdən çəkilmişdi. O, Zaparojets vilayətindəki Vtromaysk qəsəbəsindəki fərdi evində yaşayırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=131345

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728