Soçidə Azərbaycan, Rusiya və İranın iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

03.08.2019 - 20:26

Azərbaycan və İran arasında ticarət dövriyyəsi son 6 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd bu gün azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşdən sonra deyib.

İki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini deyən F.Dejpəsən bildirib ki, İran və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq edir: “Həm dövlət, həm özəl sektorda müştərək investisiya layihələri, xüsusi ilə dəmir yolu layihələri həyata keçirilir. Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin sayı artıb. İki ölkənin enerji, bank və gömrük sahəsində əməkdaşlığı davam edir”.

İranlı nazir bildirib ki, Soçidə Azərbaycan, Rusiya və İranın iqtisadiyyat nazirləri görüşəcək.

“Bu ilin payızında azərbaycanlı həmkarımla növbəti görüşümüz olacaq. Həmin görüşdə müştərək avtomobil, dərman istehsalı, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıqla bağlı müzakirələrimiz olacaq”, – deyə o əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=131490

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930