KİV: Suriyanın aviabazasında güclü partlayış

03.08.2019 - 20:27

Suriya Hərbi Hava Qüvvələrinin Homs əyalətinin Şayrat rayonunda yerləşən bazasında güclü partlayış olub.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, insident partlayıcı materialların daşınması zamanı yol verilən ehtiyatsızlıq üzündən baş verib.

Suriyanın rəsmi SANA agentliyi bu sursatın vaxtının keçdiyini və başqa yerə göndərildiyi zaman partladığını qeyd edib. Onun məlumatına görə, hərbi bazada olan bir neçə nəfər həlak olub.

Lakin Al Arabia telekanalının saytında hüquq müdafiəçilərinə istinadla partlayış nəticəsində ən azı 12 hərbi qulluqçunun öldüyü bildirilir. Rəsmi Dəməşq bu məlumatı təsdiq etməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=131492

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728