Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotik və psixotrop maddə ilə saxlanılıb

04.08.2019 - 16:05

Gürcüstanın Rustavi şəhərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə olunması və saxlanılmasında ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

1991-ci il təvəllüdlü Q.H. adlı şəxs iyulun 30-da avtomobillə hərəkət edərkən patrul polisi tərəfindən saxlanılıb. Axtarış zamanı Azərbaycan vətəndaşı maşından düşərək qaçmağa cəhd göstərsə də, polis onu yaxalayıb.

Onun üzərində və müvəqqəti yaşadığı yerdə aparılan axtarış zamanı külli miqdarda müxtəlif narkotik vasitələr – 709 ədəd “MDMA”, 86 ədəd “Suboksin”, 93 ədəd “Subuteks”, 3 ədəd “B8” həbi, ümumi çəkisi 1 kiloqram 239 qram olan “Bio” narkotik vasitəsi və 28 890 qram çəkidə yeni psixotrop maddə müsadirə olunub.

Faktla bağlı istintaq aparılır.

Azərbaycan vətəndaşını 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=131548

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031