ABŞ-da 5 günlük matəm elan edildi

05.08.2019 - 12:19

Texas, Ohio və Çikaqoda baş verən teraktlardan dolayı ABŞ-da 5 günlük matəm elan edilib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp qərar qəbul edib.

Qərarda ABŞ bayrağının başda Ağ Ev olmaqla bütün qurumların binalarında, hərbi birləşmələrdə, dəniz limanlarında, səfirlik və konsulluqlarda, ABŞ-ın xaricdəki rəsmi qurumlarında 8 avqustadək yarıya qədər endirilməsi yer alıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Texas ştatının El Paso və Ohio ştatının Dayton şəhərində baş verən silahlı hücumlar nəticəsində 30 nəfər həlak olub, xeyli insan yaralanıb.

Çikaqoda törədilən iki terakt zamanı isə 9 nəfər yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=131578

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728