Azərbaycanlı jurnalistə Rusiyada vəzifə verildi
Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli media sahəsində yüksək vəzifəyə təyin edilib.
Modern.az xəbər verir ki, gənc jurnalist Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki “Vostok” telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcək.
“Vostok” Media Holdinqə vitse-prezident təyin edildim. Eyni zamanda həmin holdinqə aid və 2 milyondan çox abunəçi izləyicisi olan “Vostok” telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcəyəm. Mənə bu etimadı göstərdiyi üçün başda “Vostok” Media Holdinqin sahibi və prezidenti Valeri İlişayevə dərin təşəkkürümü bildirirəm”, – Şəhriyar İmanbəyli deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=131604