Gürcü və türk məhbus Almaniya həbsxanasından qaçıb – FOTO

05.08.2019 - 19:48

Almaniyanın Bavariya əyalətində gürcü və türk məhbus həbsxanadan qaçıb.

“Report”un Gürcüstan bürosu Almaniya mətbuatına istinadla xəbər verir ki, 37 yaşlı Vaja Burcanadze və 36 yaşlı Gökhan Günbeyi həbsxananın hasarına çıxaraq qaçmağa müvəffəq olublar.

Onların dəmir yolu stansiyasına doğru qaçdıqları bildirilir. Məhbusların axtarışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Axtarışlara helikopter də cəlb olunub. Polis vətəndaşlara müraciət edərək məhbuslara yaxınlaşmamağa və onları görən kimi polisə xəbər verməyə çağırıb.

V.Burcanadze və G.Günbeyi oğurluğa görə həbs cəzası çəkirlər.

f87ce971-3215-4a98-825b-0cc4c4d0d33d.jpg (34 KB)

Short URL: http://www.cumhuriyyet.net/?p=131653

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728