Sabahdan müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır

06.08.2019 - 20:45

Avqustun 7-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, namizədlər 14 avqust saat 13:00-dək elektron ərizələrində müvafiq bölməyə daxil olaraq imtahan fənninə uyğun 8 vakant yer seçə bilərlər. Sonda namizədlər ərizələrini təsdiq etməlidirlər.
2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir.
Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.
Müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer çıxarılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=131777

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728