Tofiq Zülfüqarov: “Azərbaycanın ayrı seçimi qalmayıb”

07.08.2019 - 13:33

Rey Kərimoğlu: “Bütün qırmızı xətlər keçilib”

“Qarabağ Ermənistanın ayrılmaz hissəsidir”. Bunu Xankəndindəki mitinqdə çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan çıxışına “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) şüarı ilə başlayıb: “Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən ”Miatsum”, “Miatsum” şüarı ilə başlamaq istəyirəm”.

O, ermənilər arasında parçalanmaya son qoymağın vaxtının çatdığını, Ermənistandakı xalq inqilabının ümumerməni inqilabı kimi başa düşülməli olduğunu bildirib: “İnqilab Ermənistanda, Qarabağda və bütün ermənilər arasında davam etdirilməlidir. ”İcevanlı”, “qarabağlı”, “gümrülü” anlayışlarından imtina edilməlidir”.

Paşinyan mumerməni ideyaları üçün Qarabağ, Ermənistan və erməni diasporunun birgə çalışmalı olduğunu bildirib. O, erməni hökuməti üçün repatriasiyanın (Vətənə qayıdış – red) prioritet mövzu olduğunu deyib. Erməni baş nazir həmçinin hökumətin “meqalayihələr”indən danışıb: “Ermənistan dünyanın 20 ən effektiv ordusundan birinə sahib olmalı, dünyanın ən effektiv kəşfiyyatından birini yaratmalı, turistlərin sayını 15 milyona çatdırmalı, təhsilin maliyyələşdirilməsini 20 dəfə artırmalıdır. Çoxları soruşa bilər ki, bəs Qarabağ niyə bu planlarda yoxdur? Cavab çox sadədir. Qarabağ Ermənistandır, vəssalam”.

Erməni baş nazirin sayıqlamaları haqlı olaraq Azərbaycan tərəfdə ciddi etirazla qarşılanıb. Bir ildən çoxdur iqtidarda olan Paşinyanın tez-tez bu cür qıcıq doğuran açıqlamalarına cavab vermək zamanının çoxdan ötdüyü vurğulanır. Onun dedikləri həm də Qarabağla bağlı ümumxalq mitinqinin keçirilməsinin vacibliyini gündəmə gətirib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov müharibə ehtimallarından söz açdı: “Danışıqlar məsələsi artıq gündəmdən çıxandan sonra müharibənin baş vermə imkanı aydın şəkildə görünür. Bu, demək olar alternativ bir məsələyə çevrilib. Maraqlısı odur ki, hərdən Paşinyan da müharibənin bərpasını istəyir. O, Rusiyadan dönüb  qərbmeylli siyasət həyata keçirmək niyyətindədir. İkinci məqsəd ondan ibarətdir ki, ölkədaxili müxalifət olan Köçəryan, bütövlükdə Qarabağ qruplaşması rusiyameylli siyasətçilərdir. Hərbi əməliyyatların bərpasından sonra onun nəticəsindən asılı olmadan Paşinyan Rusiyanı ittiham edəcək ki, bizə kömək etmədiniz, Azərbaycanı silahlandırmısınız, ona görə əlaqələri qırıb Qərbə gedəcəyik. Müxalifəti də bu yolla neytrallaşdıracağını düşünür. Bu baxımdan belə addımlar ata biləcəyi gözləniləndir. Bu bəyanatlar bir daha onu göstərdi ki, Azərbaycanın ayrı seçimi qalmayıb. Azərbaycan bu siyasəti qeyd olunan tezislər əsasında beynəlxalq səviyyədə ifşa etməli, müharibəyə hazır olmalıdır”.

Sabiq nazir Qarabağla bağlı mitinq üslublarının tərəfdarı deyil: “Mitinq nəyə lazımdır? Əks fikirdə olan kimsə varmı? Hər kəs bu məsələdə eyni mövqedədir. Burada beynəlxalq ictimaiyyətin rəyi çox önəmlidir. Bəlkə bir siyasi hadisə olmalıdır ki, dünya ictimaiyyəti Azərbaycan xalqının bu siyasəti öz hökumətindən tələb etdiyini görsün. Bu şəkildə hər hansı tədbir, zənnimcə, beynəlxalq təbliğat baxımından bizim üçün əhəmiyyətli olar”.

Картинки по запросу Qarabağ qazisi Rey Kərimoğlu

Qarabağ qazisi Rey Kərimoğlu hesab edir ki, Qarabağ problemi elə bir həddə gəlib çatıb ki, hər bir Azərbaycan vətəndaşı üçün çox ağırdır: “Artıq Ermənistan tərəfi açıq şəkildə hərəkətləri ilə ölkəmizi saymır, hətta dövlətimizi aşağılayır. Bütün ”qırmızı xətlər” keçilib. Qarabağ probleminin həllinin danışıqlar yolu ilə mümkünsüz olduğunu anlamayan yoxdur. Bunun yeganə yolu müharibədir. Azərbaycan torpaqlarını ordusunun gücü ilə azad etməlidir. Ölkəmiz bu istəyi səsləndirib həyata keçirməyə başlayanda ermənilər danışıqlara gələcəklər. Başqa yolları da yoxdur. Ermənilər danışıqları pozmaqla məşğuldurlar. Qarabağla bağlı ümumxalq mitinqini keçirmək də olar. Hələ ki təəssüflər olsun hökumət buna getmir. Heç nədən qorxmaq lazım deyil. Qarabağ məsələsi xalqımızı birləşdirən bir məqamdır”.(Yeni Müsavat)

Short URL: http://www.cumhuriyyet.net/?p=131813

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31