Hava şənbə günü qızacaq, bazar günü soyuyacaq

08.08.2019 - 19:57

“Sabaha havanın temperaturu bu günə nisbətən bir qədər yüksələcək və 30-32 dərəcə isti təşkil edəcək. Avqustun 10-da (şənbə günü) isə zəif cənub-şərq küləyinin üstünlüyü olacaq. Temperaturun yenidən yüksəlməsi gözlənilir”.

Bunu virtualaz.org-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, paytaxtda maksimal temperatur 35-37 dərəcə təşkil edəcək, hava şəraiti bir qədər rütubətli olacaq.

U.Tağıyeva qeyd edib ki, bu isti hava birgünlük olacaq: “Avqustun 11-də yenidən paytaxtda şimal küləyinin güclənməsi gözlənilir. Təbii ki, belə olan halda havanın temperaturu aşağı enəcək. Son 15 il ərzində belə anoloji hava şəraiti 2010 və 2013-cü illərdə müşahidə olunub və intensiv yağış yağıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=131921

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31