MƏMMƏD ABBASOVUN 70 İLLİK YUBİLEYİDİR – Fotolar

10.08.2019 - 18:03

Bu gün Naxçıvanın nüfuzlu dövlət xadimlərindən birinin – MR Baş nazirinin sabiq müavini, sabiq kənd təsərrüfatı naziri Məmməd Abbasovun 70 illik yubileyidir.

M.Abbasov uzun illər Naxçıvanda yüksək vəzifələrdə çalışıb, 2013-cü ilin fevral ayında Baş nazirin müavini – kənd təsərrüfatı naziri vəzifəsindən pensiyaya çıxıb.

M.Abbasov Sovet hakimiyyəti vaxtlarından üzübəri Naxçıvan hakim elitasının ən parlaq nümayəndələrindən biri olub. O, uzun illər Naxçıvanda yüksək vəzifələrdə işləməsinə baxmayaraq, heç vaxt nəfsinin quluna çevrilmədiyindən, xalqa ləyaqətlə xidmət etdiyindən Naxçıvan camaatı arasında böyük hörmət və nüfuz sahibidir. Hələ Sovet hakimiyyəti vaxtlarında Heydər Əliyevlə yaxşı münasibətləri olmuş M.Abbasov, 90-cı illərin əvvəllərində – H.Əliyev Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyəndə də onunla çiyin-çiyinə çalışıb. Bu etimad sayəsində də uzun illər Naxçıvan MR Baş nazirinin müavini – kənd təsərrüfatı naziri vəzifəsini tutub.

Hazırda Bakıda yaşayan M.Abbasov, bir müddət əvvəl “AzPolitika”nın “Hazırda nə işlə məşğul olursunuz” sualına belə cavab vermişdi: “İstirahət edirəm. 47 ildən artıq iş stajım var, onun 32 ilini dövlət qulluğunda keçirmişəm. Çoxdankı arzum idi ki, təqaüdə çıxım, sərbəst yaşayım, ev-ailə qayğılarilə məşğul olum, nəvələrimlə vaxt keçirim. Eyni zamanda ölkəmizin gəzməli-görməli rayonlarına, xaricə səfərlər edim. Artıq 5 ildir ki, bu arzularım həyata keçir. Mənə daha nə lazımdır?!…”

Məmməd müəllimi – Naxçıvan elinin dəyərli ağsaqqallarından birini 70 illik yubileyi münasibətilə təbrik edirik!

“AzPolitika”

mamed01
mamed-eliyevmamed07Mamed06mamed45mamed-mainmamed

Short URL: http://www.cumhuriyyet.net/?p=131984

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31