AZTV və “Mədəniyyət TV”nin loqosu, “İdman Azərbaycan”ın adı dəyişib

16.09.2019 - 14:54

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan televiziya kanallarının loqosu dəyişib.

“Report”un xəbərinə görə, dəyişikliklə “İdman Azərbaycan” telekanalının adı “İdman TV” olub. Yeni loqoda AzTV-nin, “Mədəniyyət TV”nin və “İdman TV”nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub.

Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Rövşən Məmmədov yanvarın 15-dən QSC sədri vəzifəsini icra edirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=133105

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31