“Cəmi bir qızıl medalım qaldı” – Mariya Stadnik
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik ikiqat dünya çempionluğunu əldə etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşı həmin müsahibəni təqdim edir:
– Sizə elə gəlmir ki, asan qələbə oldu?
– Bu, sizə elə gəlir. Bu medaladək gəldiyimiz yolu bilmirsiniz. Bu medalı şəxsi məşqçim, dünyanın ən yaxşı məşqçisi Andrey Stadnikə həsr etmək istərdim. Bu medal onun xidmətinin nəticəsidir. Böyük təşəkkürlər!
– Yaponiyalı əsas rəqibiniz Yui Susakinin dünya çempionatında iştirak etməyəcəyini eşitdikdə, çempion olacağınızı düşünmədiniz?
– Xeyr. Mənim üçün rəqibin fərqi yox idi. Bura qızıl medal üçün gəlmişdim. Hansısa rəqibin iştirak etməməsi anlayışı yoxdur. Güclü olmaq istəyirsənsə, ən güclüləri udmalısan. Bu halda güclülərin güclüsü olursan.
– Düşünmürsünüz ki, cəmi bir qızıl medalınız qaldı?
– Bəli, elədir (gülür). Sonra isə istirahət etmək olar. Olimpiya qızılınadək isə çalışmaq, vuruşmaq lazımdır. Qızıl medal qazanmaq istəyirdim. Kiminlə qarşılaşmağımın və kimi udmağımın isə fərqi yox idi.
Short URL: http://www.cumhuriyyet.net/?p=133262