Vurğun Əyyubla vida mərasimi başlayıb – FOTOLENT

24.09.2019 - 16:15

Vurğun Əyyubun yaşadığı həyətdə yas mərasimi başlayıb.

Lent.az məlumat verir ki, yas mərasiminə gələnlər arasında sabiq təhsil naziri Firudin Cəlilov, sabiq ədliyyə naziri İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı,Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlı, millət vəkili Fazil Qəzənfəroğlu, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzi (MSDM) sədri İsa Qəmbər, hərəkat üzvləri, eləcə də mərhumun qohumları, tələbələri iştirak edirlər.
Xatırladaq ki, V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib. Onun ölümünə səbəb isə onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.
Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.
1992-1993-cü illərdə Vurğun Əyyub keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə ilk dəfə tələbə qəbulunun keçirilməsini təmin edib.
1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib. Bir neçə il əvvəl partiyadan istefa verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133529

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31