Əfqan Muxtarlı aclığı dayandırıb – RƏSMİ

24.09.2019 - 18:01

515d8a1dd15edccHəbsdə olan jurnalist Əfqan Muxtarlı aclıq aksiyasını dayandırıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, Əfqan Muxtarlı bu gündən aclığı dayandırıb.

Qeyd edək ki, Ə.Muxtarlı onunla görüşə gələn vəkili Nemət Kərimlinin Cəzaçəkmə Müəssisəsində kobud davranışla üzləşdiyini iddia edərək dünəndən aclığa başladığını bəyan etmişdi.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da hadisəyə münasibət bildirib. O, “facebook” səhifəsində Penitensiar Xidmətin rəhbərliyi ilə məsələni müzakirə etdiyini yazıb: “Bu gün bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasına gələrək 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlının vəkilinə sözügedən həbsxanada təzyiq göstərildiyini iddia ediblər. Onlar bu halı jurnalistin müdafiə olunmasına maneçilik kimi dəyərləndiriblər. Azərbaycan Mətbuat Şurası olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi ilə əlaqə saxladıq, müzakirə apardıq. Məsələ Pentensiar Xidmətin diqqətindədir. Bununla əlaqədar araşdırma aparılır, əsl həqiqətlər üzə çıxarılacaq. Belə bir hadisə baş veribsə, müvafiq ölçü götürüləcəkdir”.

Xatırladaq ki, Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.

Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133539

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31