Rəşid Behbudovun bacısı oğlu Ukraynada dünyasını dəyişib

27.09.2019 - 14:22

7177f6f5efc0b04ba0de06696c53a227Ukraynada yaşayan azərbaycanlı müğənni Cəfər Behbudov vəfat edib.

“Modern.az” xəbər verir ki, müğənni sentyabrın 26-da səhər saatlarında Ukraynada dünyasını dəyişib.

Cəfər Behbudov Azərbaycanın dünya şöhrətli müğənnisi, mərhum Rəşid Behbudovun bacısı oğludur.

O, 90-cı illərin əvvəlində Azərbaycanı tərk edərək Ukraynada – Kiyev şəhərində köçmüşdü. O, vaxtilə Azərbaycan estradasının ən parlaq ulduzlarından sayılırdı.

Ukrayna mədəni həyatında fəal iştrak edən Cəfər Behbudov ömrünün son illərində qapalı həyat sürürdü …

Cəfər Behbudov Azərbaycandan küsüb getmişdi. O, modern.az-a verdiyi müsahibədə belə demişdi …

Cəfər Behbudovun anası, mərhum Nəcibə Behbudova 7 dekabr 1999-cu ildə Bakıda vəfat edib.

Teatr rejissoru Ağaəli Məstanovla ailə qurmuş Nəcibə xanımın 2 övladı dünyaya gəlib: Firuzə və Cəfər.

Əməkdar artist Nəcibə Behbudova “Bəyin oğurlanması”da Bibixanım, “Ulduz”da Tamam xala, “Fəryad” filmində erməni qadın kimi obrazlarla yadda qalıb …

Allah rəhmət eləsin!

Short URL: http://www.cumhuriyyet.net/?p=133699

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31