MSK bələdiyyə seçkilərinə start verib

18.10.2019 - 16:39

Mərkəzi Seçki Komissiyası (MSK) növbəti bələdiyyə seçkiləri ilə bağlı qərar verib.

 

“Report” xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında qəbul olunan qərarla ölkədə dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək.

 

Sonra “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib.

 

Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində ekspert qrupunun yaradılmasına qərar verilib.

 

İclasda daha sonra imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrup yaradılıb.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=134896

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31