“Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək” – RƏİS

18.10.2019 - 18:16

96ddbb78-1a1c-4115-ae4e-61b22db0541e“Bakı Şəhər İcra Hakimiyyətinin razılığına əsasən, Qaradağ rayon ərazisində mitinqin keçiriləməsi üçün münasib yer ayrılıb, bunun əsasında mitinq təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, şəhər prokurorluğu ilə birgə qanunun müvafiq tələbləri onlara izah olunub və xəbərdarlıq edilib”.

“Cümhuriyyət” xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı bildirib.

O qeyd edib ki, Bakı Metropoliteninin mühafizə zonasına daxil olan ərazilərdə heç bir toplantının keçirilməsinə icazə verilmir: “Bu, qanunla qadağandır. Həmin gün polis digər hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə çox qətiyyətli tədbir görəcək. Həmişə olduğu kimi, şəhərin ərazisində heç bir qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyəcək. Bir daha xəbərdarlıq edirik ki, belə olan halda bu məsuliyyət təşkilatçıların üzərində qalacaq. Həmin şəxslərə qarşı qanunun icazə verdiyi ən sərt tədbirlər görüləcək. Mitinq təşkilatçılarının çağırışlarına inananlara üzümü tutub deyirəm ki, onlara aldanmasınlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=134912

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31