Avtobuslar qış rejiminə hazırlaşır – RƏSMİ

24.10.2019 - 11:49
Oktyabr ayının 25-dən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən bütün daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tapşırıq verilib. 
Bu barədə “Cümhuriyyət”ə DANX-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avtobuslar qış rejiminə hazırlıq üçün qarajlarda xüsusi nəzarətdən keçəcək.
Prosesə ümumi nəzarət Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əməkdaşlarının və daşıyıcı şirkət nümayəndələrinin monitorinq qrupunun iştirakı ilə təmin ediləcək.
Gecə reyslərinin bərpası ilə bağlı bu il qış rejiminə keçidə ötən illə müqayisədə daha erkən start verilib.
Ümumilikdə nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı qənaətbəxş hesab edilsə də, çatışmazlıqlar var. Monitorinqlər noyabr ayının ortalarına qədər davam edəcək. İlkin monitorinqlər zamanı bir neçə nəqliyyat vasitəsində problemlər aşkar olunub. Bu çatışmazlıqların noyabr ayına qədər aradan qaldırılması üçün hazırda bu istiqamətdə xüsusi tədbirlər həyata keçirilir.
Soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər də təlimatlandırılıb. Təlimatların aparılmasında əsas məqsəd sürücülərə çətin şəraitdə və soyuq havalarda yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=135204

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728