Azərbaycanda Büdcə Məlumat İdarəetmə Sistemi yaradılır

28.10.2019 - 17:40

maliyye-nazirliyiMaliyyə Nazirliyi dövlət və icmal büdcələrinin tərtib edilməsində tətbiq olunacaq avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi üzrə proqram təminatının və fiskal çərçivə ilə bağlı sənədlərin hazırlanması üçün Asiya İnkişaf Bankının maliyyə dəstəyi (qrant şəklində) ilə “PwC” audit şirkətini əməkdaşlığa cəlb edib.

Bu barədə Nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, PwC proqram təminatı ilə bağlı mütəxəssis şirkətlərin təcrübəsini və bir sıra ölkələrdə oxşar sistemin təqbiqi ilə bağlı məlumatları öyrənərək büdcə prosesinin avtomatlaşdırılması üzrə texniki tapşırıq və funksional tələblər sənədi hazırlayıb, “Dövlət satınalmaları haqqında” qanuna əsasən satınalma prosedurlarına başlanılıb, satınalmalar portalında (www.tender.gov.az saytında) tender elanı yerləşdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=135419

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728