Maliyyə Nazirliyində kadr və struktur dəyişiklikləri olub

29.10.2019 - 18:54

7656f6bd-f536-4012-880c-f5c8e64a6040Maliyyə Nazirliyində Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi yaradılıb.

“Report” xəbər verir ki, mərkəzə rəhbərlik İlham Kərimova həvalə olunub.

Bundan başqa, Nazirliyin Hüquq şöbəsinin müdiri Xaliq Rəhmanov qurumun aparat rəhbərinin müavini təyin edilib. O, eyni vaxtda iki vəzifə daşıyacaq.

Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyə şöbəsinin müdiri Xaqani Rzayev isə Nazirlik yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunub.

Adı çəkilən şöbənin əvəzində isə 2 yeni şöbə yaradılıb. Bunlardan biri Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsidir ki, ona müdir Cavid Məmmədov təyin edilib. Digər yeni şöbə isə Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsidir ki, onun müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Zakir Hacıyevə həvalə olunub.

Həmçinin Maliyyə Nazirliyinin hərbi qurumların və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri dəyişib. İndiyə qədər şöbəyə rəhbərlik edən Rafiq HüseynovEtibar Kərimov əvəz edib.

Bundan başqa, Nazirliyin Ümumi şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şahin Qarayevə həvalə olunub. O, bu vəzifədə bir qədər əvvəl 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilmiş Lalə Həsənovanı əvəzləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=135475

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728